Qalaktik koordinat sistemi

Qalaktik koordinat sistemi göy koordinat sistemidir, Günəş kimi onun mərkəzidir.

Qalaktik koordinat sistemində əsas müstəvi olaraq bizim daxil olduğumuz ulduz sisteminin — Qalaktikanın müstəvisi qəbul olunmuşdur. Qalaktika müstəvisinin göy sferi ilə kəsişdiyi böyük göy dairəsinə qalaktik ekvator deyilir. Qalaktika müstəvisi ekvator müstəvisi ilə 62°.6-lik bucaq əmələ gətirir. Qalaktika müstəvisinə perpendikulyar olan və dünyanın mərkəzindən keçən xəttə Qalaktikanın oxu deyilir. Qalaktikanın oxu iki nöqtədə göy meridianını kəsir. Bu kəsişmə nöqtələrindən dünyanın şimal qütbünə yaxın olan Qalaktikanın şimal qütbü L, dünyanın cənub qütbünə yaxın olan isə Qalaktikanın cənub qütbü L′ adlanır.

Qalaktikanın qütblərindən və verilmiş göy cismindən keçən böyük göy yarımdairəsinə qalaktik enlik dairəsi deyilir.

Şəkil 1. Qalaktik koordinat sistemi

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy